17:12 - 21.11.2023
21 noyabr, Fineko/abc.az. Yaponiyanın "Toyota" şirkəti 2023-cü ilin ən qiymətli avtomobil markası seçilib.
ABC.AZ-ın xarici mətbuata istinadın məlumatına görə, bu barədə “Interbrand” konsaltinq agentliyi məlumat yayıb.
Bildirilib ki, şirkət 2023-cü ildə dünyanın ən yaxşı brendləri reytinqində isə 6-cı yerdə qərarlaşıb.
Sözügedən siyahıda ilk 10-luğa üç avtomobil markası daxil olub. Reytinqdə 7-ci yerdə "Mercedes-Benz", 10-cu yerdə isə "BMW" gəlir.
Reytinqə həmçinin "Tesla" (12-ci yer), "Honda" (27-ci yer), "Hyundai" (32-ci yer), "Audi" (45-ci yer), "Porsche" (47-ci yer), "Volkswagen" (50-ci yer), "Ford" (51-ci yer), "Nissan" (63-cü yer), "Ferrari" (70-ci yer), "KIA" (88-ci yer) kimi avtomobil markaları daxil edilib.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026