“Tesla” Hindistanda fabrik tikməyi planlaşdırır - 2 milyard dollar sərmayə qoyulacaq

12:19 - 21.11.2023


21 noyabr, Fineko/abc.az. Milyarder İlon Maska məxsus “Tesla” Hindistanda fabrik tikmək üçün bu ölkənin rəsmiləri ilə danışıqlara başlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, razılaşma əldə olunarsa Mask sözügedən  fabrikə 2 milyard dollarlıq investisiya cəlb etməyi düşünür.

Analitiklər hesab edir ki, danışıqlar müsbət yöndə gedərsə razılaşmanın yanvarda keçiriləcək “Qucarat Qlobal Sammit”ində elan edilməsi planlaşdırılır.

Qeyd edək ki, Hindistanın Qucarat, Maharaştra və Tamil Nadu əyalətlərinin elektriklə işləyən avtomobillər və ixracat üçün yaxşı qurulmuş ekosistemlərə malik olduğu bildirilir.