Azərbaycanda armatur istehsalı azalıb, ya artıb?

11:49 - 20.11.2023


20 noyabr, Fineko/abc.az. Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2023-сü ilin yanvar-oktyabr aylarında 913,1 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, hazır metal məmulatlarının istehsalı sahəsində 23 faiz artım, metallurgiya sənayesi məhsullarının istehsalında isə 25,4 faiz azalma müşahidə olunub.

2023-сü ilin yanvar-oktyabr aylarında hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı 37.6 faiz artmış, metallurgiya sənayesi üzrə polad tökmə istehsalı 17.9 faiz, armatur istehsalı isə 26.4 faiz azalıb.