10:48 - 20.11.2023
20 noyabr, Fineko/abc.az. 2023-cü ilin doqquz ayı ərzində ölkədə 60,9 min yeni iş yerləri açılıb.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, illik müqayisədə yeni iş yerlərinin sayı 9,1 minə yaxın (17,6%) artıb.
Keçən ilin müvafiq dövründə bu rəqəm 51,8 min idi. Bu dövrdə yaradılmış iş yerlərinin 92,6 faizi qeyri-dövlət sektorunda açılıb.
Yeni açılmış iş yerlərinin 80,4 faizi Bakı şəhərinin, 1,2 faizi Naxçıvan Muxtar Respublikasının, 18,4 faizi digər regionların, o cümlədən 3,6 faizi Abşeron-Xızı, 2,7 faizi Quba-Xaçmaz, 1,9 faizi Gəncə-Daşkəsən, 1,8 faizi Şəki-Zaqatala, 1,5 faizi Qazax-Tovuz, 1,4 faizi Mərkəzi Aran, 1,4 faizi Şirvan-Salyan, 1,2 faizi Qarabağ, 0,9 faizi Lənkəran-Astara, 0,9 faizi Şərqi Zəngəzur, 0,6 faizi Dağlıq Şirvan, 0,5 faizi isə Mil-Muğan iqtisadi rayonlarının payına düşüb.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
16 Sentyabr 2026
15 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026