Azərbaycanda istehsal olunan sementin əsas hissəsi Gürcüstana satılır

12:13 - 17.11.2023


17 noyabr, Fineko/abc.az. Azərbaycan 2023-cü ilin ilk on ayında xaricə 712.43 milyon ton sement ixrac edib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. 

Hesabata əsasən, bu da illik müqayisədə ixrac həcmini 24 faiz artırıb.

İxrac dəyəri isə illik müqayisədə 50 faiz artaraq 40.78 milyon ABŞ dollarına yüksəlib.

2023-cü ilin ilk 9 ayına olan nəticəyə əsasən isə Azərbaycan sementin 100%-ni Gürcüstana satır.

Azərbaycan 2022-ci ildə sementin bir tonunu 47 dollara satdığı halda, 2023-cü ilin ildə bu rəqəm 57 dollara yüksəlib.