11:33 - 17.11.2023
17 noyabr, Fineko/abc.az. Dünyanın ən məşhur şitkətlərindən olan “Alibaba”nın səhmləri ucuzlaşıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, adıçəkilən şirkətin səhmlərində uculaşma ABŞ-ın qoyduğu məhdudiyyətlər səbəbindən baş verib.
Belə ki, Çinin e-ticarət nəhəngi “Alibaba Group”, ABŞ-ın çip ixracına qoyduğu məhdudiyyətlər səbəbindən Honkonqda təxminən 10% dəyər itirib.
Bununla da, “Alibaba” səhmləri keçən ilin noyabr ayının sonundan bəri ən aşağı səviyyəyə düşüb.
“Alibaba”nın Honkonqda satılan səhmləri ilin əvvəlindən bu yana 13% ucuzlaşıb.
Müəllif: Elmir Murad