Qlobal elektrik avtomobilləri satışı bu qədər artıb

10:21 - 15.11.2023


15 noyabr, Fineko/abc.az. İlin ilk doqquz ayında qlobal elektrik avtomobil satışları illik müqayisədə 34% artıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə noyabrın 14-də “Rho Motion” tədqiqat şirkətinin məlumatlarına istinadən “Reuters” agentliyi məlumat yayıb.

Şirkət analitikləri qeyd edirlər ki, Çin elektrik avtomobillərinin satışında qlobal artıma mühüm töhfə verib və burada satışlar doqquz ay ərzində 29% artıb. Maraqlıdır ki, 2010-cu ildə başlamış dövlət bazarının subsidiyalaşdırılması proqramının 2022-ci ilin dekabrında başa çatmasından sonra artım davam edir. “Rho Motion” satış artımının ilin sonuna qədər davam edəcəyini gözləyir.

Avropanın elektrikli avtomobil bazarında “Rho Motion” illik satışların 26% artdığını bildirir.