10:47 - 13.11.2023
13 noyabr, Fineko/abc.az. Son bir ayda kiberdələduzluq hallarında ciddi artım hiss olunur.
ABC.AZ xəbər verir ki, bu barədə Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidmətinin tərkibində fəaliyyət göstərən Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Mərkəzin xəbərinə görə, kiberdələduzluq hallarından biri də dövlət qurumları və ya ödəmə platformaları adından istifadə etməklə müəyyən adlar və bənzər domen nümunələrində yaradılmış saxta səhifələrdir.
Həmin saxta səhifələr aşağıdakılardır:
hxxps://asanodeme.info/kommunal
hxxps://asan-cerime.net
hxxps://asan-cerime.biz
hxxp://asan-cerime.com
Belə ki, kommunal xidmətlərin və ya cərimələrin xüsusi endirimlər və bonuslarla ödənilməsi adı altında yaradılan və sosial şəbəkələr vasitəsi ilə reklam olunaraq vətəndaşların marağını cəlb edən belə saytlar vətəndaşları aldatmaqla, onları saxta ödəniş səhifələrinə yönləndirir və kart məlumatlarını ələ keçirərək vəsaitlərini oğurlayır.