16:04 - 7.11.2023
7 noyabr, Fineko/abc.az. Nüfuzlu şirkətlərdən sayılan “WeWork”un ABŞ qanunvericiliyinə uyğun olaraq iflas üçün müraciət etdiyi məlum olub.
ABC.AZ xarici mıtbuata istinadən xəbər verir ki, şirkətin belə addım atmasına səbəb borclarıdır. Artıq şirkətin borclarının restrukturizasiyası proseduruna başladıldığı bildirilib.
Şirkət oxşar müraciəti Kanadada da vermək niyyətindədir.
İflas prosedurunun başlanması və ardınca borcun restrukturizasiyası “WeWork” borc sahiblərinin 92%-i ilə razılaşdırılıb. Bununla belə, bu proses heç bir şəkildə şirkətin ABŞ və Kanada xaricindəki müştərilərinə və investorlarına, o cümlədən françayzilərə təsir etməyəcək.
10 Avqust 2026