11:45 - 6.11.2023
6 noyabr, Fineko/abc.az. Dünyanın ən sürətli “Android” smartfonlarının reytinqi hazırlanıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, reytinqi "AnTuTu" şirkəti tərtib edib. Sözügedən reytinqin oktyabr siyahısına “Xiaomi 14” başçılıq edir.
Eyni ailədən olan “Xiaomi 14 Pro” siyahıda ikinci, “OnePlus Ace 2 Pro” isə üçüncü yerdədir.
Ən sürətli flaqman telefonlar siyahısında dördüncü yeri “iQOO 11S” tutur. Beşinci yerdə “iQOO 11S Pro” qərarlaşıb.
Qeyd etmək istərdik ki, bu siyahı Çin bazarını əhatə edir və qlobal məlumat önümüzdəki həftələrdə paylaşılacaq.
17 Avqust 2026
15 Avqust 2026