12:17 - 4.11.2023
4 noyabr, Fineko/abc.az. "Əgər beynəlxalq təşkilatlar Azərbaycana kömək etməsə, biz ərazilərimizin minadan təmizlənməsinə təxminən 1,5 milyard manatdan çox vəsait lazım olacaq. BMT-nin hesablamalarına görə, 1 minanın zərərsizləşdirilməsi 300-1500 dollara baş gəlir. Bu, minanın yerləşmə yerindən, mürəkkəbləyindən və s. ibarətdir. Təmizləmə prosesi özü ciddi məsələdir".
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
"Hesablamalara görə, ərazilərimizin minadan çirkənləməsi ÜDM-in bir il ərzində azı 1 milyard manata yaxın itki ilə üzləşməsi deməkdir. Hətta sülh müqaviləsi imzalasaq da, hər bir minanın partlaması cəmiyyət daxilində sosial və eyni zamanda, mənəvi problemlər yaradır. Bu, fəlakət və faciədir. Ermənistan mina xəritələrinin Azərbaycana verilməsini təmin etməlidir. 10-15 il sonra partlayan hər bir mina Azərbaycan və Ermənistan arasında etimad mühitini zədələyəcək", - deyə komitə sədri bildirib.
25 İyul 2026