Türkiyə Ermənistanla sərhədləri açır?

14:42 - 3.11.2023


3 noyabr, Fineko/abc.az. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yaxın vaxtlarda Türkiyə ilə sərhədin xüsusi qrup üçün açıla biləcəyini bildirib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, o, bu barədə büdcə müzakirələri zamanı deyib.

“Yaxın gələcəkdə Ermənistan-Türkiyə sərhədinin hələlik xüsusi qrup – üçüncü ölkələrin vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılması ilə bağlı xoş xəbər bizi gözləyir”, – Mirzoyan əlavə edib.