Neft ucuzlaşır: Brent bir barel üçün 105,28 dollar təşkil edir

09:31 - 13.10.2026


13 oktyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri, əvvəlki sessiyanın yekunlarına görə qeydə alınan artımdan sonra çərşənbə axşamı keçirilən hərraclar zamanı aşağı düşür.

Saat 09:25-ə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" neftinin dekabr fyuçersləri 1,37 dollar (1,28%) ucuzlaşaraq bir barel üçün 105,28 dollar təşkil edib. Oktyabrın 12-də keçirilən hərracların yekununda isə onların dəyəri 1,93 dollar (1,84%) artaraq bir barel üçün 106,65 dollara çatmışdı.

"NYMEX" birjasında "WTI" neftinin noyabr fyuçersləri saat 09:25-ə qədər 1,35 dollar (1,44%) ucuzlaşaraq bir barel üçün 92,39 dollar təşkil edib. Əvvəlki ticarət sessiyanın yekunlarına görə isə onların dəyəri 1,89 dollar (2,06%) artaraq bir barel üçün 93,74 dollara yüksəlmişdi.