10:45 - 18.10.2023
18 oktyabr Fineko/abc.az ."Moldova hökuməti 2023 və 2024-cü illərdə büdcə kəsirini ödəmək üçün 10 milyard ley (512 milyon dollar) tapmalıdır".
ABC.AZ xəbər verir ki, bunu ölkənin Baş naziri Dorin Recean bildirib. O qeyd edib ki, Ukrayna ərazisindəki münaqişə Moldova iqtisadiyyatına ciddi zərər vurub.
"Bu müharibə bazarların itirilməsinə, mal tədarükünün pozulmasına və istehsalın azalmasına səbəb olub. Ötən il Moldova iqtisadiyyatı 6,5% kiçilib. Ölkə iqtisadiyyatının bu il isə 2,2% kiçiləcəyi gözlənilir. Hazırda Moldovada inflyasiya yüksək (10%) səviyyədədir və vergi daxilolmaları isə gözləniləndən aşağıdır", - deyə Recean vurğulayıb.
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026