17:30 - 15.10.2026
15 oktyabr, Fineko/abc.az. Azərbaycan bank sektorunda ümumi aktivlər ilin ilk səkkiz ayında 9.44% böyüdüyü halda, “Premium Bank” doqquz ay ərzində cəmi 0.18%-lik artımla sektorun ümumi inkişaf dinamikasından xeyli geri qalıb.
Bankın depozit portfelində fərqli meyllər var; əhalinin əmanətləri (fiziki şəxslər) 1.4% artaraq 309.5 milyon manat, şirkətlərin depozitləri (hüquqi şəxslər) isə 4.3% artaraq 92.9 milyon manat olub.
Kredit portfelinin strukturunda 362.2 milyon manat biznes, 72.8 milyon manat ipoteka və 61.7 milyon manat istehlak kreditləri yer alıb.
Qeyri-faiz xərclərini 22 milyon manata (+5.9%) çatdıran bank, Nağd pul vəsaitlərinin 13.2 milyon manat azalmasına baxmayaraq mənfəətini 9.1 milyon manatdan 13 milyon manata yüksəldə bilsə də, aktivlər üzrə zəif göstərici bankın bazardakı payının kiçildiyini göstərir.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
14 Oktyabr 2026