Taleh Kazımov "Bank of New York Mellon”un rəhbərliyi ilə nəyi müzakirə edib?

16:27 - 15.10.2026


15 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) və ABŞ-yə məxsus “Bank of New York Mellon”un arasında əməkdaşlığın dərinləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə AMB-dən məlumat verilib. Qurumun sədri Taleh Kazımov Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak çərçivəsində Amerika bankının icraçı sədr müavini Hani Kablavi ilə görüş keçirib.

Görüşdə ölkəmizdə maliyyə sektorunda izlənən inkişaf dinamikası, tənzimləmə və nəzarət çərçivəsinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən əsas təşəbbüslər müzakirə olunub.