"Cənnət Agro" MMC qaydaları pozdu - Məhkəməlik oldu    

16:07 - 16.10.2023


16 oktyabr Fineko/abc.az. "Cənnət Agro" MMC barəsində gömrük qaydaları əleyhinə olan (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) inzibati xəta protokolu tərtib edilib.

ABC.AZ xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə iddası ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 483.-cü maddasinə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30-50 faizinədək məbləğdə cərimə edilir.