15:24 - 16.10.2023
16 oktyabr Fineko/abc.az 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində toxuculuq məhsulları, geyim və ayaqqabılara 5 milyard 483.7 milyon manat vəsait xərclənib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da illik müqayisədə 5% artım deməkdir. Bu ilin təkcə sentyabr ayında isə toxuculuq məhsulları, geyim və ayaqqabılara 936 milyon manat xərclənib.
Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 330.9 milyon manat dəyərində məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 19.4 faiz artım, geyim istehsalında 16.6 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 6.6 faiz azalma müşahidə
17 Avqust 2026
15 Avqust 2026