12:01 - 16.10.2023
16 oktyabr Fineko/abc.az. İlon Maska məxsus olan “Tesla” böyük cəza ilə üzləşib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Avstraliya Rəqabət və İstehlakçı Komissiyası (ACCC) tərəfindən 155 min dollar cərimələnən “Tesla” istehsal etdiyi nəqliyyat vasitələrinin nəzarət dizaynını dəyişməli olacaq.
Pult batareyaları yuvarlaq və kiçik dizaynlıdır. Söz yox ki, avtomobil formalı bu açarlar uşaqların diqqətini cəlb edir. Təbii ki, batareyanın asanlıqla çıxdığını nəzərə alsaq, batareyaların uşaqların əlinə keçməsinin an məsələsi olduğunu söyləyə bilərik.
Dizaynına görə uşaqların tez-tez şirniyyatla səhv saldıqları dairəvi pult batareyaları udulduğu halda həyati təhlükə yaradır.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026