11:15 - 16.10.2023
16 oktyabr, Fineko/abc.az. “MİDA” MMC Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində yaşayış kompleksinin tikintisi ilə əlaqədar 960 şagird yerlik tam orta məktəb binasının qazanxana ilə birlikdə tikintisi, avadanlıqlarla təchiz edilməsi və məktəb ərazisinin abadlaşdırılması üçün tender keçirir.
Tenderdə iştirak haqqı 1200 manatdır.
ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini 29.11.2023 17:00 qədər təqdim edə bilərlər.
Əlaqələndirici şəxs: Əliyev Vüqar,[email protected]
30 İyul 2026