Çinin “Huawei” şirkəti qlobal tədarükünü iki dəfə artıracaq

10:36 - 11.10.2023


11 oktyabr, Fineko/abc.az. Çinin “Huawei” şirkəti gələn il smartfonlarının qlobal tədarükünü iki dəfə artıracaq.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət həmçinin smartfonların tədarükünü 60-70 milyon ədədə çatdırmağı planlaşdırır.

Bu məqsədlə şirkət bir neçə aydır ki, öz komponentlərinin – mikroboardlar, fotomatrislər, linzalar və s. ehtiyatını artırır.

Bununla yanaşı, “Huawei” Çinin çip istehsalçısı “Semiconductor Manufacturing International Co” (SMIC) ilə fəal əməkdaşlıq edir. SMIC “Huawei” smartfonları üçün 14 nm və Çinin ən qabaqcıl 7 nm çiplərini təmin edir.