14:15 - 9.10.2023
9 oktyabr, Fineko/abc.az. “Renault” və “Volvo” şirkətləri şərik olmağı hədəfləyir.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkətlər ortaqlıqları ilə logistika xərclərində yüzdə 30-a qədər qənaət edə biləcəklər. Hər iki şirkətin məqsədi güclərini birləşdirib 2026-cı ildə kommersiya elektrikli avtomobil istehsal etməkdir.
Yeni birgə şirkət öz korporativ identifikasiyası ilə fəaliyyət göstərəcək və baş ofisi Fransada olacaq. “Renault” və “Volvo” yeni şirkətin səhmlərinin 50%-ni bölüşəcək və 300 milyon avro (316 milyon dollar) sərmayə qoyacaqlar.
Bundan əlavə, Fransanın konteyner və yük daşıma şirkəti CMA CGM 120 milyon avro sərmayə qoyaraq yeni şirkətə qoşulmaq istədiyini bildirib.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026