10:06 - 6.10.2023
6 oktyabr, Fineko/abc.az. İlon Maskın rəhbərlik etdiyi “Tesla” ABŞ-da “Model 3” və “Model Y” avtomobillərinin qiymətlərini 2,65 faizdən 4,23 faizə endirib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə elektrikli avtomobil (EV) istehsalçısının internet saytında məlumat verilib.
Məlumatda qeyd edilib ki, “Tesla” öz saytında “Model 3” sedanının qiymətini 40 240 dollardan 38 990 dollara, “Model Y” uzun məsafəli avtomobilinin qiymətini 50 490 dollardan 48 490 dollara endirib.
Şirkət həmçinin “Model Y” performans avtomobilinin qiymətlərini 54 490 dollardan 52 490 dollara endirib.