İlon Mask onlayn Bakıya qoşulacaq - Konqresdə çıxış edəcək

15:46 - 5.10.2023


5 oktyabr, Fineko/abc.az. “SpaceX” şirkətinin təsisçisi İlon Mask bu gün 74-cü Beynəlxalq Astronavtika Konqresində onlayn şəkildə çıxış edəcək.

ABC.AZ xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirə İlon Mask virtual olaraq Bakı vaxtı ilə saat 17:45-də qoşulacaq. Çıxış Beynəlxalq Astronavtika Federasiyanın veb-saytında, YouTube kanalında, eyni zamanda 74-cü Beynəlxalq Astronavtika Konqresinin X (keçmiş Twitter) platformasındakı rəsmi səhifəsində canlı olaraq yayımlanacaq.

Müəllif: Elmir Murad