Sığorta şikətlərinin investisiyaları 11% artıb

17:09 - 4.10.2023


4 oktyabr, Fineko/abc.az. Sığorta şikətlərinin investisiyaları ötən ilin sonu ilə müqayisədə 10.7% artıb.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatında deyilir.

Sözügedən hesabatda qeyd edilib ki, artımdan sonra sığorta şikətlərinin investisiyaların həcmi 1404 mln. manata çatıb.

Artım əsasən dövlət qiymətli kağızları (19.8% və ya 125 mln. manat) hesabına baş verib.

Ümumilikdə, həyat sığorta şirkətlərinin aktivlərinin 90%-ni, qeyri-həyat sığorta şirkətlərinin aktivlərinin isə 65%-ni investisiya portfeli təşkil edir.

Həyat və qeyri həyat sığorta şirkətlərində investisiya aktivləri əsasən DQK-dan və bank vəsaitlərindən ibarətdir.

Yerli maliyyə alətlərinin çeşidinin artması sığorta şirkətlərinin investisiya fəaliyyəti üçün zəruridir.