Dünyada ilk süni enerji adası yaradılır

16:07 - 4.10.2023


4 oktyabr, Fineko/abc.az. Hər ötən dövrdə ölkələrin enerjiyə olan ehtiyaclarının artması fonunda yeni enerji sistemlərinə də ehtiyac yaranır.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu çərçivədə dünyanın ilk süni enerji adasının yaradılması üçün addımlar atılmağa başlanıb. 

Sözügedən ilk adaya “Şahzadə Elizabet” adı veriləcək. Adıçəkilən ada dəniz külək stansiyalarını Belçika sahillərinə birləşdirəcək.

Bununla yanaşı, Böyük Britaniya və Danimarka ilə gələcək qarşılıqlı əlaqə üçün mərkəz rolunu oynayacaq dəniz elektrik şəbəkəsi kimi fəaliyyət göstərəcək.

Belçikanın elektrik ötürücü sistem operatoru “Elia Group” bu layihənin yaradıcısıdır və şirkət tikinti üçün icazə almaq məqsədi ilə bu ilin əvvəlində müraciət etmişdi.