İndiyədək “Araz Vadisi İqtisadi Zonası”na neçə milyon investisiya qoyulub?

14:48 - 4.10.2023


4 oktyabr, Fineko/abc.az. Rezidentlər tərəfindən indiyədək “Araz Vadisi İqtisadi Zonası” sənaye parkına 10 milyon manata yaxın investisiya yatırılıb.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Adıgözəlov deyib.

Bildirilib ki, digər rezidentlər tərəfindən hazırda Sənaye Parkında tikinti-quraşdırma işləri aparılır. Bir neçə müəssisənin də 2024-2025-ci illərdə istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının hazırda 5 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq Sənaye Parkına 32,6 milyon manat investisiyanın yatırılması, 420-dən çox iş yerinin yaradılması planlaşdırılır. Sənaye Parkında hazırda bir müəssisə fəaliyyət göstərir.