Macarıstan "Nokia" istehsslına başladı

11:37 - 4.10.2023


4 oktyabr, Fineko/abc.az. “HMD Global” şirkəti Avropada 5G cihazı istehsalına başlayıb.

ABC.AZ xarici mətbuata istinadən xənər verir ki, şirkətin yeni istehsalı “Nokia XR21” modelidir. Məhdud sayda istehsal olunan model Macarıstandakı fabrikdə buraxılıb.

Cəmi 50 ədəd istehsal edilən cihazın 33 Vt sürətli şarjı dəstəkləyən 4800 mAh batareya ilə təchiz edilmiş cihaz IP69K reytinqi sayəsində toz, su və damcılara tab gətirmək üçün nəzərdə tutulub.

50 məhdud buraxılış vahidindən yalnız 30-u rəflərdə olacaq.