Azərbaycanda əşyaların çatdırılması dronlarla həyata keçirilə bilər

12:26 - 25.09.2023


25 sentyabr, Fineko/abc.az. İsraildə dronların sərbəst uçuşu ilə insanların əşyalarının bir nöqtədən digər nöqtəyə taksi formatında çatdırılmasında böyük uğurlar əldə edilib. Bu texnologiyanın Azərbaycanda tətbiqi üçün qanunvericilikdə dəyişiklik olunması istiqamətində qarşılıqlı əməkdaşlıq edirik.

ABC.AZ-ın məlumatına görə, bunu IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov “Yeni nəsil iqtisadiyyatda Süni intellekt: çağırışlar və imkanlar” mövzusunda keçirilən tədbirdə bildirib.

“Bununla yanaşı, Kolumbiyanın IV sənaye inqilabı mərkəzi ilə kənd təsərrüfatında dronların tətbiqi, əşyaların internetinin tətbiqi, həmçinin kənd təsərrüfatında məhsuldarlığın artırılması istiqamətində təcrübəni öyrənirik”, – deyə o əlavə edib.