16:29 - 18.09.2023
18 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 5056 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.
ABC.AZ xəbər verir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin hesabatında qeyd edilib.
Hesablamalara görə, cari ilin ilk səkkiz ayında aqrar sektorda fəaliyyət göstərən 2662 fiziki və hüquqi şəxsə 54,18 milyon manat məbləğində güzəştli kredit verilib. 2022-ci ilin yanvar-avqust aylarına nisbətdə güzəştli kredit alanların sayı 8,8 faiz (215 nəfər), kredit məbləği isə 32,8 faiz (13,38 milyon manat) artıb.
Hesabat dövründə verilən kreditlərin 40,89 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 350 min manatı güzəştli kreditlər, 12,95 milyon manatı isə mikrokreditlərdir.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026