11:58 - 9.07.2018
9 iyul, Fineko/abc.az. Azərbaycan Gürcüstandan elektrik enerjisinin qəza idxalını dayandırdı.
“Azərenerji” ASC-in məlumatında deyilir ki, Mingəçevir İES-də iyulun 2-dən 3-nə keçən gecə baş verən qəzanın nəticələri ləğv edilir.
“Ölkədə sabit enerji təchizatı təmin edilib. Gürcüstandan elektrik enerjisinin idxalı dayandırılıb və Rusiya sistemi ilə razılaşdırılmış qrafik üzrə birgə elektrik enerjisinin paralel təchizatı ilə bağlı işlər aparılır”, - məlumatda belə deyilir.
Mingəçevir İES-də, bütün ölkənin enerjisiz qalmasına səbəb olan qəza zamanı Rusiya və Gürcüstan, yardım göstərmək məqsədi ilə, Azərbaycana elektrik enerjisi tədarük etməyə başlamışdır.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026