16:14 - 15.09.2023
15 sentyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə dəyəri 124 milyon 290 min dollar olan 112 064 ton pomidor ixrac edilib.
ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin 8 ayı ilə müqayisədə pomidor ixracından gələn gəlir 7.4%, miqdarı isə 0.2% azalıb.
2022-ci ilin yanvar-avqust ayında Azərbaycandan 134 milyon 229 min dollar dəyərində pomidor ixrac edilib. İxrac edilən məhsulun miqdarı isə 112 302 ton olub.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026