Regionlarda əsas kapitala nə qədər investisiya qoyulub?

12:27 - 15.09.2023


 Regionlarda əsas kapitala qoyulmuş investisiyanın həcmi açıqlanıb.

ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib.

“Cari ilin 1-ci yarımili ərzində regionlarda əsas kapitala investisiyalar 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8.9% artaraq 3.1 mlrd. manat olub”, – deyə nazir vurğulayıb.