17:06 - 14.09.2023
14 sentyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan "SOCAR Türkiyə" şirkətinin Emal və Neft-Kimya bölməsinin və "Petkim Petrokimya Holding"in Baş direktoru vəzifəsinə təyinat olub.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu vəzifə Kənan Mirzəyevə həvalə edilib. Bundan öncə Kənan Mirzəyev şirkətin strategiya üzrə baş direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, "SOCAR Türkiyə"nin Emal və Neft-Kimya bölməsinin rəhbəri və "Petkim Petrokimya Holding"in Baş direktoru Anar Məmmədov olub. O, iyulun 28-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəmcama əsasən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026