"Azeri Light" nefti bahalaşaraq 131,62 dollara çatdı

10:32 - 13.10.2026


13 Oktyabr, Fineko/abc.az. Azərbaycanın dünya bazarındakı "Azeri Light" (CIF) markalı xam neftinin qiyməti yüksəlib. Əmtəə birjasındakı son əməliyyatların yekununa əsasən, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,81 dollar və ya 0,62% artaraq 131,62 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin tarixi ərzində ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.