Füzulidə “Ağıllı kənd” layihəsi üçün 1.6 milyon manat xərclənəcək

11:38 - 14.09.2023


14 sentyabr, Fineko/abc.az. “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs Füzulidə aparılacaq işlər üçün yeni müqavilə imzalayıb.

ABC.AZ-ın məlumatına görə, müqavilə “Kəmalə-A” firması ilə imzalanıb və həcmi 1.6 milyon manatdır.

Müqavilədə “Füzuli rayonu, Dövlətyarlı kəndi ərazisində “Ağıllı kənd” layihəsinin 1-ci mərhələsi üzrə şaquli planlaşdırma və söküntü” işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 1.591.194 manatdır.