Bu restoranın sahibləri cərimələndi - Siyahı

10:14 - 13.09.2023


13 sentyabr, Fineko/abc.az. Göygöl rayonunun Hacıkənd ərazisində fəaliyyət göstərən “Kəpəz” və “Pele” iaşə obyektlərində formalaşan tullantı suların ətrafa axıdılması faktları müəyyən olunub.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov ABC.AZ-a bildirib ki, faktlarla bağlı iaşə obyektlərinin səlahiyyətli nümayəndələri barədə tədbir görülüb:

“Təvəkgül Həsənov və İlham Əliyev barəsində akt, protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün onlara məcburi göstərişlər verilib”.