17:23 - 12.09.2023
12 sentyabr, Fineko/abc.az. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb, 2024-cü il üçün isə artırıb.
ABC.AZ xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında bildirilir.
OPEC-in proqnozuna görə, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 700 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu da illik müqayisədə cəmi min barel artım deməkdir və öncəki artım tempi üzrə proqnoz göstəricidən 10 min barel azdır.
Qeyd olunur ki, proqnozun azalmaya doğru korrektə edilməsi may ayında əsas neft yataqlarında hasilatın gözləniləndən aşağı olması ilə əlaqədardır.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026