14:34 - 7.09.2023
7 sentyabr, Fineko/abc.az. Dünya Bankının Türkiyə üzrə Direktoru Humberto Lopez Türkiyə iqtisadiyyatını sabitləşdirəcək siyasətləri müşayiət etməkdə qərarlı olduqlarını ifadə edib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, o yaxın üç ildə Türkiyə üçün cəmi 35 milyard dollarlıq əməliyyatlar hazırlamağı və təqdim etməyi gözlədiklərini açıqlayıb.
Onun sözlərinə görə, bunun da 18 milyard dolları yeni əməliyyatlar üçün nəzərdə tutulub.
Lopez açıqlamasında "İqtisadiyyatı stabilləşdirəcək siyasətlərin həyata keçirilməsində Türkiyəni müşayiət etməkdə qərarlıyıq" deyib. Davam edən 17 milyard dollarlıq proqramımıza əlavə olaraq, biz üç il ərzində 18 milyard dollarlıq yeni əməliyyatlar hazırlamışıq. "Sözügedən əməliyyatları Dünya Bankının İdarə Heyətinə təqdim etməyi gözləyirik. Hesab edirik ki, TCMB-nin həyata keçirdiyi pul siyasətinin sərtləşdirilməsi, Xəzinə və Maliyyə Nazirliyi tərəfindən fiskal kəsirin azaldılması istiqamətində həyata keçirilən tədbirlər düzgün istiqamətdə atılan addımlardır" - deyə Humberto Lopez bildirib.