11:41 - 29.08.2023
29 avqust, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsi Azərbaycanda ən çox maaş verilən sektorların siyahısını dərc edib. Bununla yanaşı, ən aşağı orta əmək haqqı verilən sektorlar da məlum olub.
ABC.AZ xəbər verir ki, ən az maaş kənd, meşə təsərrüfatları, balıqçılıq sahəsində qeydə alınıb. Bu məbləğ cəmi 545 manat (dövlət sektorunda – 542,6 manat, özəl sektorda – 546,7 manat) təşkil edir.
Ən aşağı orta əmək haqqı üzrə ikinci yerdə inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsidir – 550,2 manat (dövlət sektorunda – 499,7 manat, özəl sektorda – 693,4 manat).
Həmçinin, aşağı əmək haqqının qeydə alındığı TOP-3 sahələrə su təchizatı, tullantıların təmizlənməsi və emalı müəssisələri daxildir – 691 manat (dövlət sektorunda – 640,1 manat, özəl sektorda – 1,19 min manat).