12:28 - 28.08.2023
28 avqust, Fineko/abc.az. Beynəlxalq reytinq agentliyi “Standard&Poor’s” Ermənistanın uzunmüddətli xarici və yerli valyutada suveren kredit reytinqlərini “B+” səviyyəsindən “-BB” səviyyəsinə qədər yüksəldib.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu barədə agentliyin press-relizində bildirilir.
Agentlik, ölkənin hazırkı durumunu “stabil” qiymətləndirib.
Agentlik qeyd edir ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı iqtisadi təzyiqlərdən sonra Rusiya işçi qüvvəsinin və kapitalının Ermənistana əhəmiyyətli axınına səbəb olub. Bu da öz növbəsində Ermənistanın real ümumi daxili məhsulunun artımına səbəb olub ki, bu da onun fiskal və xarici göstəricilərini “gücləndirib”.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
27 Avqust 2026