“Azərbaycan Məişət Malları” ASC-nin dövlətə bu qədər borcu var

10:40 - 28.08.2023


28 avqust, Fineko/abc.az. “Azərbaycan Məişət Malları” ASC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki,bu barədə  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə əsasən məlumat verilir.

Məlumata əsasən, “Azərbaycan Məişət Malları” ASC-nin vergi borcu 4 742.27manatdır.

Qeyd edək ki, bu şirkət 2006-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 764 902 manatdır və qanuni təmsilçisi Vüsal Şərifovdur.