İstanbulda 7 ildir tikilən Ataköy-İkitelli metro xətti nə vaxt açılacaq?

15:31 - 25.08.2023


25 avqust, Fineko/abc.az. İstanbulda 7 ildir tikintisi davam edən Ataköy-İkitelli metro xəttinin açılış tarixini açıqlanıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) Bələdiyyə Başçısı Əkrəm İmamoğlu bildirib ki, 13 km-lik xəttin tikintisinin başa çatdığını və tikinti xəttində yoxlamalar apardığını bildirib.

Bakırköydən Başakşehirə qədər uzanan və beş rayondan keçən xətt 12 stansiyadan ibarətdir. Ataköy ilə İkitelli arasındakı məsafəni 21,5 dəqiqəyə endirəcək xətt bir istiqamətdə saatda 35 min sərnişin daşıyacaq.

2016-cı ildə tikintisinə başlanan xətt Marmaray və digər metro xətlərinə də birləşdiriləcək.

Müəllif: Elmir Murad