16:33 - 24.08.2023
24 avqust, Fineko/abc.az. "ƏN TEZ" xidməti bu gündən Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyətə başlayıb.
Bu barədə ABC.AZ-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmin platforma vasitəsilə səyahət etmək arzusunda olan vətəndaşlara vaxta qənaət edərək, aeroportun binasını tərk etmədən heç bir qeydiyyat və elektron imza tələb olunmadan, tək şəxsiyyət vəsiqəsi ilə biometrik eyniləşdirmə aparılmaqla, daha sadə və sürətli şəkildə təxirə salınmayan zəruri ədliyyə xidmətlərindən yararlanmaq imkanı yaradılıb.