18:09 - 18.08.2023
18 avqust, Fineko/abc.az.Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Cenevrə-Bakı marşrutu üzrə aviareysləri bərpa edir.
AZAL-dan ABC.AZ-a bildirilib ki, sentyabrın 30-dan etibarən bu istiqamətdə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Avropanın mərkəzində yerləşən Cenevrə ən məşhur turistik yerlərdən biridir. AZAL-ın bu unikal şəhərə uçuşlarının bərpası sərnişinlərə gözəl görməli yerlərdən həzz almağa, mühüm işgüzar görüşlərdə iştirak etməyə və unudulmaz tətil keçirməyə imkan verəcək.
14 Avqust 2026
14 Avqust 2026