10:43 - 5.07.2018
5 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 1,18 (1,5%) dollar yüksəlib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 79,62 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında “WTI” markalı neftin ticarəti bayramla əlaqədar keçirilməmişdir. 3 iyul tarixli ticarət bir barelə 74,14 dollar səviyyəsində qeyd edilmişdir.
“ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 4 iyul tarixli ticarətin nəticəsində, ötən yekuna nisbətən (iyulun 3-də – 77,76 dollar) 0,48 dollar (0,62%) yüksələrək bir barelə 78,24 dollar təşkil edib.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi çoxalıb və hazırda 4,1 dollar / barelə təşkil edir.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026