AZAL Pakistanın üç şəhərinə uçuşlara başlayır

17:25 - 16.08.2023


16 avqust, Fineko/abc.az. "Azərbaycan Hava Yolları" QSC (AZAL) sentyabrın 20-dən etibarən Pakistana müntəzəm uçuşlar yerinə yetirməyə başlayır.

ABC.AZ  AZAL-a istinadla xəbər verir ki,reyslər Pakistanın paytaxtı İslamabad, eləcə də onun ən böyük şəhərləri - Lahor və Kəraçiyə həyata keçiriləcək.

Bakıdan İslamabada uçuşlar çərşənbə və şənbə günləri, Lahora bazar ertəsi və cümə günləri, Kəraçiyə isə cümə axşamı və bazar günləri həyata keçiriləcək.