11:39 - 16.08.2023
16 avqust, Fineko/abc.az. Böyük Britaniyada illik inflyasiya iyul ayında 2022-ci ilin fevralından bəri ən aşağı səviyyəyə düşüb. İngiltərədə monetar sərtləşdirmə prosesi davam edərkən, illik inflyasiya son 1,5 ilin ən aşağı səviyyəsinə düşüb.
ABC.AZ xəbəbr verir ki, iyulda ölkədə illik inflyasiya 6,8 faiz olub. Bloomberg-in sorğusuna qatılan iqtisadçılar illik inflyasiyanın 6,7 faiz olacağını gözləyirdilər.
İyulda istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz azalıb. Enerji və ərzaq məhsulları istisna olmaqla istehlak qiymətləri illik müqayisədə 6,9 faiz artıb. İyun ayında da illik baza inflyasiyası bu səviyyədə olub.
Qeyd edək ki, İngiltərə Bankı son iclasında siyasət faizini 5,25 faizə qaldırdı ki, bu da son 15 ilin ən yüksək göstəricisidir.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026