10:02 - 16.08.2023
16 avqust, Fineko/abc.az. Cari ilin 7 ayında Azərbaycana 61 milyon 362 min dollar dəyərində 1 492 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib.
Bu barədə ABC.AZ Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir.
Qeyd olunur ki, bu il idxal edilən elektromobillərin sayı 8 dəfə artıb.
Ötən ilin ilk 7 ayında Azərbaycana 5 milyon 519 min dollar dəyərində 186 ədəd elektromobil idxal edilib.
Car ilin yanvar-iyul aylarında Azərbaycana 186 milyon 544 min dollar dəyərində 8 426 ədəd daxiliyanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid) idxal olunub.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026
29 Sentyabr 2026