11:03 - 14.08.2023
14 avqust, Fineko/abc.az. Çində avtomobil istehsalı və satışı iyul ayında keçən ilin eyni dövrü ilə müqayisədə azalıb, avtomobil ixracı isə artıb.
ABC.AZ xəbər verir ki, Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, iyul ayında ölkədə 2 milyon 400 min avtomobil istehsal edilib, 2 milyon 390 min avtomobil satılıb. Avtomobil istehsalı illik 2,2%, satışlar isə 1,4% azalıb.
Avtomobil istehsalı ilk 7 ayda bir əvvəlki ilin eyni dövrünə görə yüzdə 7,4 artaraq 15 milyon 650 minə, satışlar isə yüzdə 7,9 artaraq 15 milyon 630 minə çatdı.
İlk 6 ayda istehsal 9,3 faiz, satış isə 9,8 faiz artıb.
Digər tərəfdən iyul ayında 310 min avtomobil ixrac edilib ki, bu isə illik müqayisədə 63 faiz çoxdur.
14 Avqust 2026